Fәcr 5:26
Günәş 7:09
Zöhr 13:47
İkindi 17:23
Axşam 20:07
İşa 21:37

 
 
 

 
 
 
Yerli vaxt
 
UTC/GMT+04:00

  08.09.2010 07.09.2010
USD 0.8038 0.8036 0.0002 
EUR 1.0203 1.0291 0.0088 
GBP 1.2353 1.2360 0.0007 
CHF 0.7959 0.7953 0.0006 
TRY 0.5297 0.5336 0.0039 
GEL 0.4353 0.4370 0.0017 
RUB 0.0260 0.0262 0.0002 


İstehsalat / Yeyinti sənayesi

AZNAR NATURAL PRODUCTS
AZ1095,Azərbaycan, Bakı ş., İçəri Şəhər, Mirzə Şəfi küç. 17
Tel.: (+994 12)492 35 32,492 00 21,492 15 45
Fax: (+994 12)492 35 08
E-mail: sales@aznar.az  
Web: www.aznar.az
Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir.  

Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

Məhz Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.

Nar şirəsinin tarixində yeni dövr

Yerli sakinlər ta qədimdən narlardan şirə sıxırdılar, lakin müvafiq saxlanma şəraitinin olmaması ucbatından onlar şirəni konsentrat kimi qaynadır və indi “narşərab” adı ilə geniş tanınmış sous formasında istifadə edirdilər.

Nar şirəsinin yeni tarixi keçən əsrin 60-ci illərində başladı. Belə ki, o dövrdə Azərbaycan SSR-nin Göyçay rayonunun rayonlararası tәdarük kontorunun bazası əsasında meyvələrdən konservləşdirilmiş şirələrin istehsal edilməsi ilə əlaqədar zavod yaradıldı. Bu zavodun əsasını və onun ilk direktoru, respublikanın kənd təsərrüfatının tarixinә çoxlu sayda şanlı səhifələr yazmış və Azərbaycanda meyvə şirələrinin istehsal olunmasının bünövrəsini qoymuş Teymur Fərəc oğlu Əhmədov oldu. Alma və tomat şirələrinin istehsalından başlayaraq o, birinci olaraq nar və heyvanın emal edilməsi təklifi ilə çıxış etdi və artıq 1978-ci ildə “Erfrut-78” (Almaniya) və “Plevdiv-86” (Bolqarıstan) adlı beynəlxalq sərgilərdə nar şirәsinә görə qızıl medalla təltif olundu. Teymur Əhmədov öz yurdunun və onun yaqut kimi narlarının vurğunu idi və arzu edirdi ki, bu narların dadı haqqında bütün ölkədə və bütün dünyada bilsinlər və tanısınlar. Beləliklə onun səyləri nəticəsində yeni ixtisaslaşdırılmış nar sovxozları yaradıldı, seleksiya nəticəsində ən yaxşı nar sortlarının köhnə plantasiyaları genişləndirildi və yeni plantasiyaların əsası qoyuldu. Bu da öz növbəsində nəinki Şirvanda, həmçinin qonşu regionlarda da narların yetişdirilmәsinin genişləndirilməsi üçün stimul verilməsinə gətirib çıxartdı.

Nar istehsalı ilə məşğul olan sahənin sabit inkişafı ilə əlaqədar 1983-cü ildə artıq mövcud olan zavodla yanaşı SSRİ-də yeganə olan, 3 konveyer sistemli, o zaman ən müasir texnoloji xəttə malik, istehsal gücü saatda 15 tona çatan yeni Göyçay konserv zavodu istismara verildi. Artıq 1984-cü ildə zavodun məhsulları respublika üzrə və SSRİ-nin regionları və eləcə də dünyanın bir çox ölkələrinə tədarük olunaraq göndərilməklə böyük beynəlxalq müsabiqələrdə nüfuzlu mükafatlar əldə edirdi.

 


  Telefon. 4921088
  4184122
  4184127
  4184128
  Mail: contact@katalog.az
 

 


Copyright © 2009. All rights reserved.