Xidmətlər Marketinq, Reklam
“KhanButa Group” ölkəmizdə marketinq sahəsində fəaliyyət göstərən və müştərilərə geniş çeşidli marketinq xidmətləri təqdim edən agentlikdir. Agentlik 2018-ci ildə təsis edilib və həm fərdi, həm də korporativ müştərilərə ən fərqli marketinq xidmətləri göstərir. Biz Azərbaycanın inkişaf edən marketinq sektorunun hansı istiqamətdə irəlilədiyini bilir və müştərilərimizə ən son yeniliklər əsasında kompleks həllər və xidmətlər təklif edirik. Təklif etdiyimiz xidmətlər fərdi və korporativ müştərilərin marketinq kommunikasiyaları sahəsindəki ehtiyaclarını tamamilə ödəmək, mövcud və yeni bazarların, eləcə də məhsulların təhlilini aparmaqla, onları tamamilə yeni bir inkişaf mərhələsinə çıxarmaq iqtidarındadır. “Khan Buta Group” marketinq agentliyi öz fəaliyyətində müvafiq missiya və baxış nöqtəsinə sahibdir. Bizim missiyamız müştərilərə keyfiyyətli xidmətlər və həllər təqdim etmək və onların dayanıqlı inkişafına töhfə verməkdir. Ölkəmizdə marketinq sahəsinin inkişaf etdirilməsi, müştərilərin bizneslərinin dayanıqlı inkişafı, onlar üçün rəqabətədavamlı məhsulların hazırlanması, rəqəmsal texnologiyalardan istifadə baxış nöqtəmizə daxil olan əsas prinsiplərdir. “Khan Buta Group” peşəkar heyətə sahibdir və öz fəaliyyətində hər zaman müştəri məmnuniyyəti, peşəkarlıq, qabaqcıl marketinq həllərinin təqdimi kimi prinsipləri rəhbər tutur.