Mağazalar Hədiyyələr və suvenirlər
Edmur craft – brendinin yaradıcısı Əminə Məmmədova artıq uzun illərdir ki yüksək zövqlə vitraj qablar bəzəyir. 2017-ci ildən bəri öz əl işlərini Edmur craft – adı altında insanlara təqdim edir. – Əsasən iri həcmli qabların bəzədilməsi ilə məşquldur. Bununla yanaşı kiçik ölçülü qabların hazirlanması da az deyil. Məhsulların hazırlanmasında ən keyfiyyətli vitraj boyalar, yüksək keyfiyyətli şüşə (xrustal) qablar və svarovski qaşlardan istifadə olunur. – Hazırlanan qablarda Azərbaycan milli naxışları, xalça-kilim naxışları nəbati və həndəsi naxışlarla yanaşı Əminə Məmmədovanin təxəyyülünün məhsulu olan naxışlardan da geniş istifadə olunur.
VALYUTA
feed not loading