15 Mart 2019 22:29 (UTC+04:00)
Sabunçu vağzalının tikintisində işləyən traktorçu sükan arxasında öldü
Bakı Katalog.az: Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib. Katalog.az-in məlumatına görə, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib. Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.