15 Mart 2019 22:31 (UTC+04:00)
Suriyada intiharçı qadınlar özünü partladıb: ölən və yaralanan var
Bakı. Katalog.az: Suriyanın Əl-Baquz yaşayış məntəqəsində üç intiharçı qadın özünü partladıb. Katalog.az-in məlumatına görə, bunu “Reuters” agentliyi “Suriya Demokratik Qüvvələri”nin silahlı birləşmələrinin nümayəndələrinə istinadən bildirib. Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan var.
VALYUTA
feed not loading