9 Noyabr 2018 17:48 (UTC+04:00)
"Ebola" 300 nəfərə "bulaşdı"
Bakı. Katalog.az: Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən "Ebola" virusuna yoluxanların sayı 300 nəfərə çatıb. Katalog.az-in məlumatına görə, həmin şəxslərdən 186 nəfəri vəfat edib. Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub. Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.