9 Noyabr 2018 18:01 (UTC+04:00)
Ucarda avtomobil velosipedçini vurub öldürdü
Bakı. Katalog.az: Ucarda avtomobil velosipedçini vurub öldürüb. DİN-dən Katalog.az-ə verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.