12 Yanvar 2019 04:29 (UTC+04:00)
Kanadada ikimərtəbəli avtobus qəzaya uğrayıb: ən azı 12 yaralı
Bakı. Katalog.az: Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində ən azı 12 nəfər xəsarət alıb. Katalog.az-in məlumatına görə, xəsarət alanlardan bir neçə nəfər kritik vəziyyətdədir. Qəza yerli vaxtla 16:00-da baş verib. Yayılan videogörüntülərdə avtobusun dayanacağa çırpıldığı görünür. Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını, polis və xilasedicilər cəlb olunub