12 Yanvar 2019 07:20 (UTC+04:00)
Rusiyada yük qatarı relsdən çıxıb
Bakı. Katalog.az: Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb. Katalog.az-in məlumatına görə, ölən və xəsarət alan yoxdur. Hadisənin yerli vaxtla saat 09:20-də baş verdiyini bildirilir. Yük qatarında 67 vaqon olub. Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Bundan əlavə, hadisə yerinə Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.