12 Fevral 2019 12:40 (UTC+04:00)
Yeni Zelandiya milli komandasının baş məşqçisi: Milli Gimnastika Arenasında fantastik şərait yaradılıb
Bakı Katalog.az: Milli Gimnastika Arenasında fantastik şərait yaradılıb. Bunu Katalog.az-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yoxlama-məşqi çərçivəsində Yeni Zelandiyanın batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Cerod Heriot deyib. O vurğulayıb ki, bu arenada məşq etmək çox rahat və xoşdur: “Biz ilk dəfədir ki Bakıya gəlmişik. Uzaqdan gəldiyimiz üçün uyğunlaşmağa vaxt lazım olsa da, burda bunu hiss etmədik, tez bir zamanda uyğunlaşdıq”. Baş məşqçi bildirib ki, hazırlıqlar və məşq yaxşı davam edir. C.Heriot Çin və Rusiya komandalarını ən güclü komanda hesab etdiyini deyib.